Daşkəsəndə meşədə itkin düşən şəhid atası tapılıb.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq, ailəsinə təhvil verilib.
Onun meşəlik əraziləri keçərək digər rayonun ərazisinə getdiyi məlum olub, hazırda həyatı üçün heç bir təhlükə yoxdur.
Sitat.info