Merz birinci turda Almaniya kansleri seçilə bilmədi

14:32 6 May 2025

Fridrix Merz birinci turda Almaniya kansleri seçilə bilməyib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, baş nazirliyə namizəd Fridrix Merz səsvermədə iştirak edən 621 deputatdan 310-nun səsini toplayıb.
307 deputat isə  "yox" deyib. Merz ilk turda baş nazir seçilmək üçün lazım olan 316 səsi toplaya bilmədiyi üçün seçilməyib. 

Nigar,

Sitat.info



Xəbər xətti