Lənkəranda balıqçı faciəvi şəkildə öldü

14:52 7 May 2025

Lənkəran rayonunda balıqçını elektrik cərəyanı vuraraq öldürüb.

Sitat.info  xəbər verir ki, hadisə rayonun Velədi kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, rayon sakini, 1966-cı il təvəllüdlü Əzizağa Şirəli oğlu Ağayev çayda balıq tutmaq istəyərkən qarmağı ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə toxunub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.



Xəbər xətti