Ukrayna ordusuna atəşkəslə bağlı əmr verildi

13:00 8 May 2025

 

Ukrayna qeyri-rəsmi olaraq Qələbə Günündə elan edilən atəşkəsə qoşulub.

Sitat.info xəbər verir ki, bunu ukraynalı deputat Aleksey Qonçarenko deyib.

“Ukrayna rəsmi olaraq susur, amma atəşkəsə qoşulub. Ordu da oxşar göstərişlər alıb”, - Qonçarenko bildirib.

Ukrayna mətbuatı yazır ki, ordu yalnız cavab atəşi açmaq əmri alıb.

 



Xəbər xətti