“Real”ın yeni baş məşqçisi bəlli olub

17:00 9 May 2025

“Real Madrid” Almaniyanın “Bayer” klubunu çalışdıran baş məşqçi Xabi Alonso ilə müqavilə imzalayıb. 

Sitat.info xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında 3 illik iş müqaviləsi imzalanacaq.

Həmçinin Alonsonun 2018-ci ildən birlikdə çalışdığı köməkçisi, fitnes məşqçisi Sebas Parrillanı Madridə gətirməyə hazırlaşdığı bildirilir



Xəbər xətti