Türkiyədə ardıcıl iki zəlzələ oldu

14:25 12 May 2025

Türkiyənin Amasya şəhərində zəlzələ olub. 

Sitat.info xəbər verir ki, AFAD-ın saytında yer alan məlumata görə, Amasyanın Gümüşhacıköy rayonunda 4,4  və 4,2 bal gücündə iki zəlzələ qeydə alınıb.

Zəlzələlər təxminən   yerin 10 və 19 kilometr dərinliyində baş verib.

Rayonda yeraltı təkanlardan qorxan vətəndaşlar binalardan çıxaraq bir müddət gözləyiblər.

Zəlzələ ətraf şəhər və rayonlarda da hiss olunub. Amasyada dərslər dayandırılıb. 

Nigar,

Sitat.info 



Xəbər xətti