Husilər yenidən İsrailə hücum edib

13:33 16 May 2025

Husilər yenidən  İsrailə hücum ediblər. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu gün "Ənsar Allah" hərəkatının (husilər) üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endiriblər.

Məlumata görə, hücum nəticəsində hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb.

Qeyd olunub ki, husilər Qəzza zolağının blokadasına son qoymaq üçün İsrailə qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırırlar.

Aytac,

Sitat.info



Xəbər xətti