İranla nüvə sazişinin Avropa tərəfləri olan və E3 adlandırılan Böyük Britaniya, Fransa. o cümlədən Almaniyanın xarici işlər nazirlərinin müavinləri bu gün İstanbulda nüvə məsələləri ilə bağlı görüş keçiriblər.
Sitat.info xəbər verir ki, İranın xarici işlər nazirinin müavinləri Məcid Təxt Rəvançi və Kazem Qəribabadi Böyük Britaniya, Fransa və Almaniyanın yüksək rütbəli diplomatları ilə görüşmək üçün İstanbula gəlib.
İranın İstanbuldakı Baş Konsulluğunda keçirilən görüşdən sonra xarici işlər nazirinin müavini Qəribabadi verdiyi açıqlamada, "Doktor Taxt Rəvançi ilə üç Avropa ölkəsinin siyasi liderlərini İstanbulda qəbul etdik. Biz dolayı nüvə danışıqlarının son vəziyyətini və sanksiyaların ləğvini müzakirə etdik və fikir mübadiləsi apardıq. İran və üç Avropa ölkəsi diplomatiyanı davam etdirmək əzmindədir və lazım gələrsə, danışıqları ən yaxşı şəkildə davam etdirəcəyik".
Aytac.
Sitat.info