Sumqayıt şəhərində iki müxtəlif ünvanda avtomat silahlar aşkarl edilib.
Sitat.info verir ki,Yaşma bağları ərazisində 1 ədəd 7,62 kalibrli “AK-74 Kalaşnikov” markalı avtomat tapılıb.
Digər bir hadisə isə Betonzavod yaşayış massivində qeydə alınıb. Həmin ərazidə 1 ədəd 5,45 kalibrli “AK-74 Kalaşnikov” avtomatı aşkarlanıb.
Aşkarlanmış silahlarla bağlı aidiyyəti üzrə araşdırmalara başlanılıb.