Rusiya Bakı ilə İrəvan arasında sülh danışıqlarında separatçıların iştirakını təklif edir...

13:10 23 May 2025

"Ermənistanda Qarabağ separatçılarının aktivliyi, qondarma prezident seçkiləri və s. bu kimi proseslər Azərbaycanla sülh prosesinə mane olacaq. Təbii ki, separatçıların fəaliyyətini inkişaf etdirməsi, 2026-ci il seçkilərinə hazırlıq prosesidir. Hazırda İrəvanda "Artsax" nümayəndəliyi N. Paşinyan əleyhinə siyasi mərkəzə çevrilib. Ermənistan baş naziri ölkəsində "Qarabağ hərəkatına" imkan verilməyəcəyini elan etməsinə baxmayaraq separatçıların fəaliyyət azadlığının şahidi oluruq. Eks-prezidentlər R. Koçaryan və S. Sarkisyan məhz Qarabağ məsələsindən yenidən istifadə etməkdədir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Rusiya -Ukrayna müharibəsində Qərbin zəif çıxış etməsi, danışıqlarda Rusiyanın əlini gücləndirməsi N. Paşinyanın Qərbyönümlü siyasətinə təsir etməkdədir: "Moskvanın İrəvana təzyiqlərı artmaqdadır. N. Paşinyan Qərbin seçki öncəsi Rusiya ilə konfontrasiyaya getməmək kursunu həyata keçirməyə başlayır. Bu fonda Qarabağ separatçılarının yenidən dirilməsi baş verir. Rusiyanın Ermənistanda yenidən aktivliyi göstərir ki, Rusiya Qarabağ məsələsinin bağlanmasında maraqlı deyil. Hətta danışıqların Moskvada keçirilməsini və danışıqlarda "Artsax" nümayəndəsinin iştirakını da təklif edib. Rusiya bununla sülh müqaviləsinin bağlanmamasına çalışır".

S. Lavrovun Ermənistana səfəri məhz Azərbaycan əleyhinə aparılan siyasətin tərkib hissəsidir: "Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın bu planına qoşulması regionda sülh planın üstündən xətt çəkilməsinə və Avropa ittifaqı ilə əlaqələrin qırılmasına gətirib çıxara bilər. N.Paşinyan seçki ərəfəsində Rusiya ilə eyni xəttə qayıtmaq görüntsü nümayiş etdirəcək. Amma, seçkilərdə yenidən qələbə əldə etdikdən sonra, öz ənənəvi siyasətinə qayıdacaq. Çünki, Rusiyanın orbitinə qayıtmaq onun siyasi iflası ola bilər".

Nərgiz,

Sitat.info



Xəbər xətti