"Omoniya" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

12:34 28 Sentyabr 2021

UEFA Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında keçiriləcək II tur oyununun hakimləri müəyyənləşib.

Sitat.info xəbəb verir ki, qarşılaşmanı şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Bobbi Maddenə yan xətt hakimləri qismində Devid Rum və Alan Malvenni köməklik göstərəcək. Köməkçi hakim Kreyq Napyer olacaq.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Xəbər xətti