İmadəddin Nəsiminin qohumları Suriyadan Azərbaycana gəldi - VİDEO

14:27 26 Sentyabr 2025

Əməkdar artist Dilarə Əliyeva sosial media hesabında maraqlı paylaşım edib.

Aktrisa Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin qohumlarının da iştirak etdiyini bildirib.

O, birlikdə çəkilən videolarını yayımlayaraq onların Suriyadan gəldiyini vurğulayıb:

"Nəsimi festivalında qonaq olan Nəsiminin şəcərəsi, qohumları ilə tanış olmaq çox qürurverici idi. Ümumiyyətlə, Nəsimi festivalı möhtəşəm təşkil edilmişdi. Əməyi keçən hər kəsə təşəkkür edirəm!"  (Axşam.az)



Xəbər xətti