Türkiyə XİN Anım Günü münasibətilə paylaşım edib

11:50 27 Sentyabr 2025

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) 27 Sentyabr – Anım Günü ilə bağlı sosial media hesabında paylaşım edilib.

Sitat.info xəbər verir ki, paylaşımda deyilir:

”27 Sentyabr – Anım Günü münasibətilə Qarabağ uğrunda canını fəda edən qəhrəman Azərbaycan övladlarını rəhmət və minnətlə yad edirik. Daimi sülhün təmin olunması yolunda atılan tarixi addımların bu fədakarlıqların mirası üzərində bölgəmizdə əmin-amanlıq və rifah gətirəcəyinə inanırıq.

“Bir millət, iki dövlət” şüarı ilə şəhidlərimizin müqəddəs mirası daim qəlbimizdə yaşayacaq”.

 



Xəbər xətti