Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir

13:10 30 Sentyabr 2025

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Sitat.info xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Cabir İmanov dünən ürək tutması səbəbilə vəfat edib.



Xəbər xətti