Kafenin qarşısında kişi bıçaqlandı

10:12 3 Oktyabr 2025

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Sitat.info” xəbər verir ki, hadisə oktyabrın 2-si Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında qeydə alınıb.

1970-ci il təvəllüdlü Cəfərov Ağa Aydın oğlunun 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.

N. Həsənov daxilə keçən bədən xəsarəti alıb.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla A.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti