Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək

11:50 6 Oktyabr 2025

Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqları baş tutacaq.



Xəbər xətti