Myanmada paraplançının nümayişçilərin üzərinə bomba atması nəticəsində azı 24 nəfər həlak olub.
Sitat.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, sürgündə olan hökumətin sözçüsü Myanmada hərbi hökumətə qarşı etiraz aksiyası zamanı motorlu paraplanın izdihamın üzərinə iki bomba atması nəticəsində azı 24 nəfərin öldüyünü, 47 nəfərin isə yaralandığını bildirib.
Bundan öncə də, hərbçilər bazar ertəsi axşam Myanmanın mərkəzindəki Çaunq U qəsəbəsində milli bayram üçün toplaşan 100-ə yaxın adama hücum edib.