Əfqanıstan-Pakistan sərhədində konvoya silahlı hücum olub, 11 hərbçi ölüb

12:08 8 Oktyabr 2025

Əfqanıstanla sərhəddə Pakistan hərbi konvoyuna hücum olub, 9 əsgər və 2 zabit öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, hücuma məsuliyyəti yerli Taliban döyüşçüləri öz üzərinə götürüb.

Qeyd edək ki, son aylarda “Tehrik-e Taliban Pakistan” Pakistan təhlükəsizlik qüvvələrinə hücumları gücləndirib. Rəsmi İslamabad iddia edir ki, silahlı qruplaşma üzvləri Pakistana hücum hazırlamaq və planlaşdırmaq üçün qonşu Əfqanıstandan istifadə edirlər, Hindistan isə onları maliyyələşdirərək dəstəkləyir, lakin hər iki ölkə bu ittihamları rədd edir.



Xəbər xətti