Bu ölkədə AI tətbiqi fonunda iki mindən çox məmur ixtisar ediləcək

18:37 8 Oktyabr 2025

Süni intellektin (AI) tətbiqi ilə əlaqədar Özbəkistan hökuməti bu ilin noyabrın 1-dək 2000-dən çox dövlət qulluqçusunu ixtisar edəcək.

Sitat.info xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin imzaladığı müvafiq fərman milli qanunvericilik bazasında dərc edilib.Sənəd “Rəqəmsallaşmanın geniş tətbiqi yolu ilə dövlət hakimiyyətinin icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrin sayının optimallaşdırılması tədbirləri haqqında” adlanır.

Orada yaxın vaxtlarda ölkənin icra hakimiyyətində 2141 vəzifənin ixtisar ediləcəyi bildirilir.



Xəbər xətti