Zakir Həsənov Türkiyəyə səfər edib

19:21 8 Oktyabr 2025

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyəmüdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.

Bu barədə Sitat.info-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.



Xəbər xətti