Avropa pis istiqamətdə irəliləyir — Tramp

10:34 9 Dekabr 2025

Donald Tramp AB ölkələrinin hazırkı siyasi yolundan narahatlığını bildirib. 
Sitat.info  xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının X-ə tətbiq etdiyi cəriməni tənqid edib və Avropanın "bəzi pis istiqamətlərdə irəlilədiyi" barədə xəbərdarlıq etdi.

Ağ Evdə kənd təsərrüfatı sənayesinin nümayəndələri ilə görüşdə cərimə ilə bağlı suala cavab olaraq Tramp Brüsselin qərarını "iyrənc" adlandırıb: "Düşünmürəm ki, bu, düzgündür. Avropa çox diqqətli olmalıdır.. Biz Avropanı Avropada saxlamaq istəyirik. Avropa bəzi pis istiqamətlərdə irəliləyir. Bu, çox pisdir, insanlar üçün çox pisdir. Biz Avropanın bu qədər dəyişmsini istəmirik".

Qeyd edək ki, 5 dekabrda Avropa Komissiyası X-i AB-nin rəqəmsal qaydalarını pozduğuna görə 120 milyon avro məbləğində cərimələyib.  

Avropa Komissiyasının nümayəndəsi Tom Reynier brifinqdə X-in şəffaflıq qaydalarını pozduğunu deyib. Onun sözlərinə görə, buraya platformada ödənişli mavi təsdiqlənmiş istifadəçi nişanının olması da daxildir ki, bu da yanlışdır, çünki hər kəs onu ala bilər və X kifayət qədər yoxlama aparmır.



Xəbər xətti