Astara rayonu, Pensər kəndində fəaliyyət göstərən marketdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, market Nəcəfova Şərafət Mərhəldə qızına məxsus olub.
Marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və ”Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub. Araşdırmalar davam etdirilir.
