Gəncədə gənc qadın döyüldü

20:47 11 Dekabr 2025

Gəncədə 20 yaşlı qadın döyülüb.
 
Sitat.info "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü G.Ələkbərova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 20 yaşlı qadın qayını tərəfindən döyülüb.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti