“İranda baş verənlər dünya gündəmində bir nömrəli məsələdir. Amerikanın da İranla bağlı çox strateji maraqları var. Tramp deyir ki, biz birbaşa hücum etməyə hazırıq. Əsas məsələ rejimi dəyişdirmək, Amerikanın maraqlarına uyğun bir rejim yaratmaqdır. Təbii ki, Lyuk Koffinin Azərbaycan bayrağını paylaşaraq "Hazır olun" mesajı verməsi də simvolik bir məna daşıyır".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildib ki, bu mesaj Azərbaycanın Amerikanın İranla bağlı apardığı siyasətdə hansısa bir rol oynaya biləcəyini və yaxudda hadisələrin gedişində Azərbaycanın da bu və ya başqa şəkildə iştirak etməsi ilə bağlı ehtimalları nəzərdə tutur: " Mənə elə gəlir ki, təkcə Azərbaycan yox, Türkiyə də, Türk Dövlətlər Təşkilatı da İranda baş verən hadisələrə hazır olmalıdır. Çünki, Cənubi Azərbaycanda yaşayan qardaşlarımızın orada istiqlaliyyət əldə etməsi zərurətə çevrilib. Cənubi Azərbaycanın müstəqillik əldə etməsi Türk dünyasının coğrafi birləşməsi üçün önəmli əhəmiyyətə malikdir və türk dünyasının maraqlarına uyğundur. Ona görə də "hazır ol" mesajı Türkiyəyə də, Orta Asiya Respublikalarına da aiddir. Təbii ki, cəmiyyət olaraq da hazır olmalıyıq. Müvəqqəti olsa da, bu hadisələr qısa müddətdə sakitləşsə də,etirazlar yeni bir dalğa ilə daha güclü şəkildə meydana çıxacaq. Çünki İranda bu hadisələrə səbəb olan şərtlərin aradan qaldırılması üçün hökumətin heç bir imkanı yoxdur”.
Tehran,
Sitat.info