Pekin ABŞ-ın planlarından narahatdır: Si Cinpin Putinlə nələr danışdı...

13:54 5 Fevral 2026

"Pekin ABŞ-ın planlarından narahatdır. Bunu Çin lideri Si Cinpinin gün ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də ABŞ Prezidenti Donald Trampla telefon danışığı sübut edir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Cinpin arasında danışıqlarda Rusiyanın Çinə neft və qazın ixracı mövzusunun müzakirə edildiyini bildirib. Əlbəttə, bu mövzu ilk növbədə Kremli maraqlandırır. Çünki, Qərbin sanksiyalarına görə, Rusiya öz neftini və qazını ucuz qiymətə Çinə sata bilir. Hindistan Trampın təzyiqlərinə görə, Rusiyanın ucuz neftinin alışını xeyli azaldıb. Deməli, Rusiya üçün tək bazar qalıb".

Sitat.info xəbər verir ki, Vladimir Putin və Si Cinpin telefon danışığında enerji mövzularıyla yanaşı İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti də müzakirə ediblər: "Uşaqkov bildirib ki, Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri yaxındır və ya tamamilə üst-üstə düşür. Rusiya və Çin Venesuelanı itiriblər, Kubada da vəziyyət ağırdır. Kuba Venesuelanın ucuz neftindən məhrum olub. Vaşinqtonun təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Enerji resursları olmadan Kubanın onsuz da ağır olan iqtisadiyyatı daha ağır vəziyyətə sürüklənəcək. Rusiya və Çin Kubaya yardım əli uzada bilməyəcəklər.

Putin və Cinpin telefon danışığında ABŞ-la münasibətləri də müzakirə ediblər. Əsas mövzulardan biri budur. Moskva və Pekin Donald Trampın İrana qarşı müharibəyə başlaya biləcəyindən narahatdırlar. Moskva və Pekin İranı Venesuela kimi itirmək istəmirlər. Müharibə başlayarsa, İrandakı rejimin məğlub olmaması Moskva ilə Pekinin maraqları çərçivəsindədir. Rusiya Ukrayna müharibəsinə görə, İrana əməli hərbi dəstək verə bilmir. Çinin bu rolda çıxış etdiyinə dair məlumatlar var. Çin hərbi təyyarələrinin son həftələrdə İrana müxtəlif yüklər daşıdığına dair məlumatlar var. İranın bu gün ən çox hava müdafiə sistemlərinə ehtiyacı var".

Politoloq əlavə edib ki, Si Cinpin Donald Trampla telefon danışığında Ağ Ev sahibinin gələcək planlarını müəyyənləşdirməyə çalışıb: "Ci Cinpinin Donald Trampla telefon danışığı daha uzun və ətraflı olub. Bu barədə Tramp öz “Truth Social” hesabında paylaşım edib. Liderlər telefon danışığı zamanı İran ətrafında mövcud vəziyyəti, Rusiya-Ukrayna müharibəsini, ticarət və hərbi məsələləri, eləcə də Tayvanı müzakirə ediblər. Tramp aprel ayında Çinə səfər edəcək. O Si Cinpinlə şəxsi münasibətlərini yüksək qiymətləndirir. Buna baxmayaraq, Trampın və onun administrasiyasının əsas hədəfi Çindir. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücündən narahatdır. Pekinin isə əsas hədəfi Tayvanı ələ keçirməkdir. Vaşinqton Tayvana dəstəkdən imtina etməyəcək".

Tehran,

Sitat.info



Xəbər xətti