"ABŞ Cənubi Qafqaz siyasətində strateji mərhələyə keçib. Ötən ilin avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh paraflanmasının imzalanması, həmçinin TRİP layihəsi ilə bağlı üçtərəfli razılaşmanın əldə edilməsi bu prosesin əsası qoyuldu. ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada öz geosiyasi mövqelərini möhkəmləndirmək istiqamətində ardıcıl siyasət aparacaq. Yeni dünya siyasi nizamında hər iki regionun Rusiyanın tam təsir zonasından çıxarılması Vaşinqtonun əsas strateji hədəflərindən biridir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Cənubi Qafqazda Gürcüstanla bağlı məsələlər də gündəmdədir: "Ötən həftə ABŞ Konqresindən nümayəndə heyətinin Gürcüstana səfəri bunu bir daha təsdiqlədi. Qeyd edim ki, ABŞ vitse-prezidenti D. Venzin Azərbaycan və Ermənistana səfəri yekun sülh müqaviləsinin tezləşdirilməsi, TRİP layihəsi üzrə praktiki işlərə başlanması və hər iki ölkəyə siyasi dəstəyin verilməsi məqsədi daşıyır. ABŞ bu addımlarla Rusiyaya açıq şəkildə Azərbaycan və Ermənistan arasında əsas sülhün qarantının özü olduğunu nümayiş etdirdi.
ABŞ vitse-prezidentinin Ermənistandan sonra Azərbaycana səfəri iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətlidir. Strateji xarakterli sənədin imzalanması da istisna edilmir".
Politoloq vurğuladı ki, Cənubi Qafqaz regionu yeni siyasi və iqtisadi mərhələyə qədəm qoyur: "Bu mərhələdə ABŞ-ın tam siyasi dəstəyi açıq şəkildə hiss olunur. Vaxtilə Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasına verilən siyasi dəstək bu gün müxtəlif sahələr üzrə davam etdirilir. Faktiki olaraq, ABŞ TRİP layihəsi vasitəsilə regionda institusional şəkildə mövcud olacaq.
Bütün bu proseslərin əsas müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. İkinci Qarabağ müharibəsindən sonra regionda siyasi və iqtisadi transformasiya məqsədilə ardıcıl, praqmatik və məntiqli siyasət həyata keçirilib.
Cənubi Qafqaz və Mərkəzi Asiyanın eyni marşrut üzrə birləşdirilməsi region ölkələrinin təhlükəsizliyi və dayanıqlı inkişafı üçün mühüm faktora çevrilir. Rusiyanın regionda baş verən proseslərə münasibəti birmənalı deyil. Moskvanın təzyiq cəhdlərinə baxmayaraq, bunun müsbət nəticə verəcəyi real görünmür".
Tehran,
Sitat.info