Nərimanov rayonunda söküntü zamanı ağaclar məhv edilir (VİDEO)

14:09 14 Fevral 2026

Bakının Nərimanov rayonu, Təbriz küçəsində (Çapayev) aparılan söküntü işləri zamanı ərazidəki ağaclar məhv edilir. 

Sitat.info xəbər verir ki, ərazidəki parkın yaşıllıq hissəsinin söküntü prosesindən zərər görməməsi üçün heç bir tədbir görülməyib. 

Kadrlardan da göründüyü kimi, ağacların gövdəsi söküntü qalıqlarının altında qalıb, bəzi ağacların aşmaq üzrə olduğu əks olunur. 

İşlərin pərakəndə şəkildə aparılması səbəbindən çoxillik ağaclara ziyan dəyib. 

Həmin görüntüləri təqdim edirik. 

Səid,

Sitat.info




Xəbər xətti