Böyük Britaniya kralı Kinq Çarlzın qardaşı Şahzadə Andrew məxfi dövlət sənədlərini amerikalı maliyyəçi Ceffri Epşteynə ötürdüyü iddiaları ilə bağlı saxlanıldıqdan sonra polis nəzarətindən buraxılıb.
Sitat.info xəbər verir ki, 66 yaşı tamam olan York hersoqu ötən gün polis detektivləri tərəfindən dindirilib.
Polis daha əvvəl bildirmişdi ki, şahzadənin ticarət elçisi kimi çalışdığı dövrdə Epşteynə məxfi sənədlər göndərməsi ilə bağlı iddialar araşdırılır. İstintaq davam edir.
Tehran,
Sitat.info