The Wall Street Journal”ın məlumatına görə, Rusiya və İran ABŞ və İsrailə qarşı mübarizədə Tehranı dəstəkləmək və hərbi-iqtisadi cəhətdən sərfəli müharibəni uzatmaq məqsədilə əməkdaşlıqlarını möhkəmləndirib.
Sitat.info Euronews-a istinadən xəbər verir ki, Rusiya İran üçün peyk görüntüləri və Shahed dronları üçün komponentlər təmin edir. Bu dəstək onların rabitə, naviqasiya və hədəfləmə qabiliyyətlərini artıraraq regiondakı Amerika qüvvələrinə zərbələr endirməyə imkan verir.
Rusiya Ukrayna təcrübəsini paylaşaraq əməliyyatlarda dronlardan necə istifadə edilməli olduğunu və zərbələrin hansı yüksəklikdən endirilməli olduğunu İran tərəfinə məsləhət görür.
Bildirilib ki, Rusiyanın dəstəyi İranın THAAD raketdən müdafiə sistemi və digər Amerika radar sistemlərinə qarşı son əməliyyatlarında mühüm rol oynayıb.
Nigar,
Sitat.info