İran parlamenti Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumları tətbiq edəcək qanun layihəsini qəbul etməyə çalışır.
Sitat.info xəbər verir ki, bu barədə Fars və Tasnim xəbər agentlikləri yazır.
Məlumatlarda deyilir ki, Parlamentin Mülki İşlər Komitəsinin rəhbəri qanun layihəsinin hazırlandığını və tezliklə qanunverici orqanın hüquq qrupu tərəfindən yekunlaşdırılacağını bildirib.
Rəsmi bildirib ki, plana əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün rüsum toplamalıdır: "Bu, tamamilə təbiidir, çünki mallar digər dəhlizlərdə olduğu kimi, bir ölkədən keçərkən gömrük rüsumlarına məruz qalır və Hörmüz boğazı da bir dəhlizdir. Boğazın təhlükəsizliyini İran təmin etdiyi üçün gəmilər və tankerlər tərəfindən gömrük rüsumlarının ödənilməsi normal bir haldır.
İran müharibəyə son qoymaq üçün irəli sürdüyü beş şərtdən biri kimi Hörmüz boğazı üzərindəki səlahiyyətinin beynəlxalq səviyyədə tanınmasını tələb edib".
Nigar,
Sitat.info