"İran məğlub olsa, bu ölkələr müharibəyə qatılacaq" - Təhlil

13:15 26 Mart 2026

"Əgər İran son dərəcə zəifləsə və Amerika ilə İsrail məqsədinə çatsa, o zaman Rusiya və Çin müharibəyə qatılacaq. Onlar açıq müharibəyə qoşulacaqlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, son anda İran məğlub olsa, böyük güclər toqquşa bilərlər: "Bu təkcə İranın özü bağlı olan məsələ deyil,  geopolitik mövqeyi ilə bağlıdır. Bu coğrafiyaya kim nəzarət edəcəksə, gələcək dünyanın müəyyən bir hissəsinə o nəzarət edəcək. O siyasəti də dünyada Çin, Rusiya, Amerika aparır. Hətta Avropa belə orada yoxdur. Ancaq özünü qorumaqla məşğuldur. Bir sözlə son anda böyük güclər toqquşa bilər".

Nigar.

Sitat.info

 



Xəbər xətti