ABŞ kəşfiyyat rəsmiləri prezident Donald Tramp İranla bağlı dəyərləndirmələrini çatdırıblar. Onlar hesab edir ki, İran ABŞ-ın təhdidlərinə birbaşa cavab verməyə bilər.
Sitat.info xəbər verir ki, bu barədə The Washington Post mənbələrə istinadən yazır.
Analitiklər hesab edir ki, İran hazırkı vəziyyətdə özünü üstün mövqedə görür və buna görə də Vaşinqtonun güc təhdidlərinə reaksiya vermək ehtimalı aşağıdır. Bildirilir ki, bu qiymətləndirmələr prezidentə təqdim olunub.
Məqalədə qeyd edilir ki, Tramp bir tərəfdən İrana qarşı sərt bəyanatlar verir, digər tərəfdən isə tərəflər arasında əlaqələr tam kəsilməyib. Lakin İran ABŞ-ın əksər iddialarını rədd edir. Mənbələr bildirir ki, tərəflər indiyədək yalnız Pakistan vasitəsilə dolayı mesajlar mübadiləsi aparıblar.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə zərbələr endirib. Buna cavab olaraq İranın elit hərbi qurumu — İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı əməliyyat elan edib. Həmçinin bölgədə ABŞ-ın bir neçə ölkədə yerləşən hərbi obyektlərinə də hücumlar edildiyi bildirilir.
Nigar,
Sitat.info