Son günlər mediada və sosial şəbəkələrdə sənədsiz evlərə qaz xətlərinin çəkiləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Yüzminlərlə vətəndaş bu qərarın nə zaman veriləcəyini gözləyir.
Məlum olduğu kimi, 2023-cü ildən bəri sənədsiz evlərə kommunal xətlərin çəkilişi dayandırılıb.
Bəs, bu problem nə zaman həllini tapacaq?
Məsələ ilə bağlı "Sitat.info"ya açıqlama verən "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirdi ki, sənədsiz evlərə qaz xətlərinin çəkilməsinə başlanacağı ilə bağlı məlumatlar yanlışdır:
"Bu barədə bizdə hər hansı məlumat yoxdur. Ümumiyyətlə, sənədsiz evlərə qaz çəkilməsi ilə bağlı məsələ "Azəriqaz" İB-nin səlahiyyətində deyil. Bu barədə Nazirlər Kabinetinin qərarı olmalıdır.
Bu məsələ ilə bağlı hər hansı məlumat olsa, saytımızda dərc olunacaq".
Tehran,
Sitat.info