ABŞ və İran arasında həlledici döyüş olacaq! Hörmüz boğazı taleyi həll olunur

16:20 31 Mart 2026

"ABŞ və İran arasında Hörmüz boğazına nəzarət uğrunda döyüşlər qaçılmazdı. İran tərəfi Hörmüz boğazında öz suverenliyini tətbiq etmək və nəzarət sistemi tətbiq etməyi planlaşdırır. Bu da Vaşinqtonda etirazla qarşılanıb".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, ABŞ İranın Xarq adasını və Hörmüz boğazını naviqasiya azadlığını tətbiq etmək üçün quru əməliyyatını keçirəcək: " İran ABŞ-ni quru əməliyyatlara cəlb etmək üçün təklifləri qəbul etmir. Aprelin 6-da ABŞ və İran arasında hərhansı bir razılaşmanın əldə olunacağı gözlənilmir.

ABŞ ilə aprelin 6-da razılaşma əldə edilməsə Hörmüz boğazında hərbi əməliyyatlara başlayacaq. Bu, ABŞ və İran üçün həlledici döyüş olacaq". 

Nigar,

Sitat.info 



Xəbər xətti