ABŞ və İran müharibədən buna görə çıxa bilmirlər - Analitikdən ilginc versiya...

11:34 14 Aprel 2026

 Doha Aspirantura İnstitutunun professoru Məhəmməd Elmasri bildirib ki, ABŞ və İran müharibədən çıxmaq istəyirlər, lakin bunun üçün nüfuzu qoruyan çıxış yoluna ehtiyac duyurlar.

Sitat.info xəbər verir ki, Elmasri Əl-Cəzirə telekanalına açıqlamasında münaqişənin bütün tərəflər üçün ciddi itkilərlə nəticələndiyini vurğulayıb.

“Bu müharibə iştirak edən tərəflər və hətta ondan kənar qüvvələr üçün çox baha başa gəlib. Düşünürəm ki, İran müharibənin əvvəlindəkindən daha çox təsir gücünə malikdir, lakin onlar da düşmənçiliyin dayandırılmasını istəyəcəklər”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, Donald Tramp da geri addım atmağa məcbur qala bilər. Onun sözlərinə görə, müharibə ABŞ prezidenti üçün siyasi baxımdan “fəlakətli”, ölkə üçün isə iqtisadi cəhətdən zərərlidir.

Elmasri vurğulayıb ki, əsas çətinlik tərəflərin münaqişədən çıxarkən eyni zamanda müəyyən mənada qələbə görüntüsü əldə etmək istəməsidir.

Tehran,

Sitat.info 



Xəbər xətti