Hakan Fidan Misir, Pakistan və Səudiyyəli həmkarları ilə görüşəcək

10:48 17 Aprel 2026

Türkiyənin xarici işlər naziri Misir, Pakistan və Səudiyyə Ərəbistanı həmkarları ilə görüşəcək

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Misir, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirləri bu gün Türkiyədə başlayan üç günlük forum çərçivəsində görüşəcəklər. Forumda İrana qarşı müharibə və Hörmüz boğazının blokadası müzakirə olunacaq.

Görüşlərinin dəqiq vaxtı hələ açıqlanmayıb.

Pakistanın Baş naziri Şehbaz Şərif də foruma qatılacaq və İslamabad ABŞ-İran sülh danışıqlarının ikinci raundunun keçirilməsinə təkid etdiyi bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

İsrailin sərt tənqidçisi olan Türkiyə, İran münaqişəsində atəşkəsə nail olmaq üçün Misir və Pakistanla diplomatik səylərə qoşulub.

Aytac,

Sitat.info



Xəbər xətti