"Ukrayna, Norveç, Birləşmiş Krallıq və Türkiyənin ittifaqı AB-ni dünyanın ən güclüsü edəcək".
Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Mənim fikrimcə, AB daha güclü ittifaq ola bilər. Norveç, Ukrayna, Birləşmiş Krallıq və Türkiyə - bunlar Avropa Birliyinin çatışmayan dörd ölkəsidir", - deyə o bildirib.
Zelenski qeyd edib ki, Ukrayna və Türkiyənin yaxşı münasibətləri var. O bildirib ki, birlikdə ölkələr Rusiyanın ordusundan daha güclü olacaq, Qara dənizin nəzarətindən tutmuş hava məkanının nəzarətinə qədər bütün məsələlərə qadir olacaq.
"Türkiyə ilə bağlı suallar var - qanunlar, islahatlar, Avropa qanunvericiliyi. Bilirəm ki, Türkiyə ilə bağlı suallar var. Bilirəm ki, Birləşmiş Krallıq AB-dən çıxıb. Norveçin AB ilə bir çox fərqli sistemi və iqtisadi əlaqələri var. Amma yenə də inanıram ki, bu dörd ölkə AB-ni dünyanın ən güclü ittifaqı edəcək - dünyanın ən yaxşı təhlükəsizliyinə malik olacağıq", - deyə Zelenski vurğulayıb.
Eyni zamanda, prezident qeyd edib ki, Ukrayna AB-yə qoşulmaqdan başqa alternativ axtarmır: "Sadəcə inanıram ki, bu dörd ölkə çox güclüdür və Aİ-ni gücləndirə bilər. Amma hətta fərdi olaraq belə, bu dörd ölkə çox güclü birlik təşkil edir”.
Aytac,
Sitat.info