ABŞ–İran qarşıdurması: Dondurulmuş müharibə qlobal böhranı dərinləşdirir

11:56 30 Aprel 2026

ABŞ və İsrailin İrana qarşı birgə sürpriz hücumundan iki ay keçməsinə baxmayaraq, tərəflər arasında danışıqlar dalana dirənib. Xüsusilə Hörmüz boğazı ətrafında qarşılıqlı blokadalar qlobal enerji təchizatını ciddi şəkildə pozur və İranın nüvə proqramının taleyi hələ də qeyri-müəyyən olaraq qalır.

Ağ Ev sözçüsü Anna Kelli bildirib ki, ABŞ danışıqlarda iştirakını davam etdirir, lakin “tələsik və pis razılaşma” imzalamaq niyyətində deyil. Bu bəyanat Donald Trump administrasiyasının İranın yeni təklifini müzakirə etdiyi bir dövrdə səsləndirilib.

Hərbi əməliyyatlar 8 aprel atəşkəsindən sonra dayandırılsa da, bütün variantlar hələ də masadadır. Ekspertlərə görə, tərəflər arasında qalıcı razılaşma olmadığı şəraitdə aşağı intensivlikli, vaxtaşırı zərbələrlə müşayiət olunan münaqişə modeli getdikcə daha real görünür.

Müharibənin ilk ayında ABŞ üçün xərclər 20–25 milyard dollar arasında olub. Əgər İraqdakı 2003-cü il əməliyyatına bənzər genişmiqyaslı quru müdaxilə həyata keçirilsəydi, aylıq xərclər 55 milyard dollara çata bilərdi.

Digər tərəfdən:

  • ABŞ İran limanlarına dəniz blokadası tətbiq edib

  • Regiona 10 mindən çox hərbçi yerləşdirilib

  • İran isə Hörmüz boğazından keçən gəmilərə təzyiq göstərir

Bu qarşılıqlı addımlar qlobal enerji bazarına təsir edib və ABŞ-da benzin qiymətləri son illərin ən yüksək səviyyəsinə yüksəlib.

Ekspertlərin fikrincə, belə vəziyyət uzun müddət davam edə bilməz: nə İran limanlarının blokadasına, nə də ABŞ bu blokadanın xərclərinə uzunmüddətli dözə bilər. Əvvəlcə 4–5 həftə davam edəcəyi düşünülən müharibə artıq gözləniləndən çox uzanıb.

Onun fikrincə, uzanan münaqişələr çox vaxt səhv hesablamaların nəticəsidir. Uzadılmış  münaqişələr isə məqsədli şəkildə davam etdirilir. Hazırkı vəziyyət isə bu iki model arasında keçid mərhələsindədir.

Müharibənin iqtisadi nəticələrinə gəlincə, United Nations Development Programme hesabatına görə, münaqişə İranda məşğulluğu azaldır, təchizat zəncirlərini pozur, ərzaq təhlükəsizliyi risklərini artırır. 

İranın taxıl idxalının böyük hissəsi məhz Hörmüz boğazından keçir və bu marşrutdakı problemlər ölkə daxilində qiymət artımına səbəb olur.

ABŞ-nin planı: Yeni müharibə modeli

ABŞ Müdafiə Nazirliyinin 2027-ci il üçün pilotsuz uçuş aparatlarına 53,6 milyard dollar ayırmaq planı müharibənin xarakterinin dəyişdiyini göstərir. Dron müharibəsi hücum edən tərəf üçün daha ucuzdur. Amma qarşı tərəfə daha böyük zərər vurur. Bu isə regionda sabitliyin bərpa olunmasını daha da çətinləşdirir.

Analitiklərin ümumi qənaətinə görə, tam qələbə mümkün görünmür. Müvəqqəti atəşkəs isə  davamlı sülh demək deyil. Digər tərəfdən dondurulmuş müharibə” hər iki tərəf üçün baha başa gəlir. 

İranın strateji mövqeyi və hərbi imkanları nəzərə alınarsa, onu yalnız hərbi güclə zəiflətmək mümkün deyil. Bu isə göstərir ki, münaqişənin həlli yalnız diplomatik kompromis yolu ilə mümkündür – lakin hazırda bu yol hələ də bağlı görünür.

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti