İran müharibədən sonra bu dəhşətli görüntüləri İLK DƏFƏ YAYDI - VİDEO

11:07 7 May 2026

İranın dövlət televiziyası - IRIB News ilk dəfə ABŞ və İsraillə baş verən münaqişə zamanı ölkənin bir neçə hava limanına dəyən ziyanla bağlı görüntüləri yayımlayıb.

Sitat.info  "Azad İran"a istinadən xəbər verir ki, təxminən 40 gün davam etdiyi bildirilən müharibə dövründə Mehrabad, Məşhəd Kərəc, Kiş, Əhvaz və Xürramabad hava limanları hədəfə alınıb. Hücumlar nəticəsində həm hərbi obyektlərə, həm də sərnişin təyyarələrinə ciddi ziyan dəydiyi qeyd olunur.

IRIB-in məlumatına görə, Məşhəd hava limanında zədələnən sərnişin təyyarələrindən birinin dəyəri təxminən 25 milyon dollar olub.

Nigar,

Sitat.info



Xəbər xətti