"Bankların bu rüsum siyasəti ədalətsizdir" - İqtisadçı baş bankirlə görüşdən yazdı

14:32 7 May 2026

İqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın sədri Taleh Kazımovun iqtisadçılarla görüşündə qaldırdığı məsələləri sosial şəbəkə səhifəsində paylaşıb.

Sitat.info xəbər verir ki, o bankların rüsum siyasəti ilə narahatlığını bildirib.

"Mən yenə dövlət qurumlarına onlayn digər ödənişlər edərkən, cərimələri ödəyərkən rüsum tutulmasının doğru olmadığını söylədim. Taleh müəllim söz verdi ki, bu məsələ ilə ciddi məşğul olacaq. Doğrudan da bu məsələyə baxılmasına ehtiyac var. Məsələn qaydanı pozursan, 10 manat cərimə gəlir, tez ödəyəndə 10% endirim olunur, yəni, 9 manat ödəmək lazımdır. Amma, ödəniş edərkən 40 qəpik də xidmət haqqı tutulur. Bu düzgün və ədalətli yanaşma deyil. O məşhur filmdə deyildiyi kimi, söhbət 40 qəpikdə deyil, yanaşma ədalətsizdir" - deyə N.Cəfərli qeyd edib. 

Tehran,

Sitat.info

 



Xəbər xətti