Hindistan tarixinin ən böyük demoqrafik dəyişikliklərindən biri ilə üzləşib.
Sitat.info xəbər verir ki, rəsmi məlumatlara görə, ölkədə bir qadına düşən uşaq sayı 1,9-a enib ki, bu da əhalinin sabit qalması üçün lazım olan 2,1 səviyyəsindən aşağıdır.
Mütəxəssislər doğumların azalmasını qadınların təhsil səviyyəsinin yüksəlməsi, ailə planlaşdırmasına çıxışın artması və uşaq böyütməyin bahalaşması ilə əlaqələndirirlər. Körpə ölümünün azalması da çoxuşaqlı ailələrə ehtiyacı azaldıb.
Ölkədə ciddi regional fərqlər yaranıb. Kasıb şimal ştatlarında doğum göstəriciləri yüksək qalsa da, daha inkişaf etmiş cənub ştatlarında və paytaxtda bu rəqəm 1,2-1,3 səviyyəsinə qədər düşüb.
Ekspertlər xəbərdarlıq edirlər ki, Hindistan tam inkişaf etmiş iqtisadiyyata çevrilmədən sürətlə qocalan əhali və işçi qüvvəsi çatışmazlığı problemi ilə üzləşə bilər. Bəzi ştatlar isə doğumu artırmaq üçün artıq maliyyə təşviqləri tətbiq etməyə başlayıb.
Nigar,
Sitat.info