ABŞ və İran arasında əldə olunan çərçivə sazişinə əsasən, İrana investisiyaların cəlb edilməsi üçün 300 milyard dollarlıq özəl fond yaradılacaq.
Sitat.info xəbər verir ki, Reuters-in məlumatına görə, bu vəsaitin yarıdan çoxu artıq müxtəlif şirkətlər tərəfindən öhdəliyə götürülüb.
“Yenidənqurma və İnkişaf Fondu” adlandırılacaq mexanizmə ABŞ, Körfəz ölkələri, Asiya, Cənubi Amerika və Afrikadan şirkətlər maliyyə ayıracaq. Fondun vəsaiti enerji, logistika, istehsal və nəqliyyat sahələrinə yönəldiləcək.
Məlumata görə, İran əvvəlcə ABŞ-dan müharibə zərərlərinə görə 400 milyard dollar təzminat tələb etsə də, Vaşinqton bunu qəbul etməyib. Bundan sonra özəl investisiya fondunun yaradılması ideyası ortaya çıxıb.
Fondun məqsədi müharibənin başa çatdırılması və İran iqtisadiyyatının bərpası üçün tərəflərə iqtisadi stimul yaratmaqdır.
Aytac,
Sitat.info