Dağıstanda beynəlxalq terror şəbəkəsinin yaradıcılarından və administratorlarından biri olduğu iddia edilən şəxs saxlanılıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxsin Ukrayna xüsusi xidmət orqanlarının koordinasiyası ilə fəaliyyət göstərdiyi və yeniyetmələri məktəblərə hücumlar, terror aktları, eləcə də saxta araşdırma və təxribat xarakterli fəaliyyətlərə cəlb etdiyi iddia olunur.
FTX bildirib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxsin ən azı 15 terror xarakterli cinayətin təşkilində iştirak etdiyi müəyyən edilib.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Səid,
Sitat