ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra İrandan edilən kiberhücumların sayı kəskin artıb.
Sitat.info xəbər verir ki, bunu İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Yossi Karadi bildirib.
Onun sözlərinə görə, kiberinsidentlərin sayı 2025-ci ilin iyununda 1 600-dən 2026-cı ilin iyununda 4 800-ə yüksəlib. Hücumlar əsasən kritik infrastruktur, iri şirkətlər və kiçik biznesləri hədəf alıb.
İran isə daha əvvəl bu cür kiberhücumlar həyata keçirdiyi iddialarını rədd edib.
Nigar,
Sitat.info