İran ABŞ nümayəndələri ilə birbaşa görüşdən imtina etdi

10:04 1 İyul 2026

İran ABŞ nümayəndələri ilə birbaşa görüşdən imtina edib. Bu qərar iki ölkə arasında sülh danışıqlarının gələcəyi ilə bağlı suallar yaradıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, İran rəsmiləri bildiriblər ki, ilk növbədə iki həftə əvvəl əldə olunan atəşkəs razılaşmasının bütün şərtləri dəqiqləşdirilməlidir. Yalnız bundan sonra nüvə proqramı kimi daha mürəkkəb məsələlər müzakirə oluna bilər.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlar üçün Qətərin paytaxtı Dohaya gediblər. Lakin İran birbaşa onlarla deyil, vasitəçilər vasitəsilə danışacağını açıqlayıb.

Qətər də təsdiqləyib ki, ABŞ nümayəndələri ilə keçirilən görüşlərdə ölkənin Baş naziri iştirak edib.

Tərəflər arasında əsas fikir ayrılıqlarından biri Hörmüz boğazı ilə bağlıdır. İlkin razılaşmaya əsasən, İran boğazda yaratdığı məhdudiyyətləri aradan qaldırmalı, bunun qarşılığında isə iqtisadi güzəştlər almalı və 60 gün ərzində daimi sülh sazişi üzrə danışıqlar aparılmalıdır.

Səid,

Sitat.info

 



Xəbər xətti