Füzuli rayonunda baş verən yanğınların yayıldığı ərazilərdə mina partlayışları müşahidə olunub.
Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınan yanğınlar zamanı ərazidə mövcud olan minaların partlaması halları baş verir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əraziyə cəlb olunan qüvvələr tərəfindən alovun genişlənməsinin qarşısının alınması və yanğının tam söndürülməsi üçün əməliyyatlar aparılır.
Mina təhlükəsinin mövcudluğu yanğınsöndürmə işlərini çətinləşdirsə də, aidiyyəti qurumlar tərəfindən vəziyyət nəzarətdə saxlanılır.