21 yaşlı gənc ürəyindən bıçaqlandı

09:13 14 İyul 2026

Ağstafa sakini ürəyindən bıçaqlanıb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. 

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma başlanılıb.



Xəbər xətti