Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ilə Bakı Ukraynadakı vəziyyətə fərqli yanaşsalar da, Rusiya bunu ikitərəfli münasibətləri təhlükə altına salacaq səbəb hesab etmir.
Sitat.info bu barədə Tass-a istinadən xəbər verir.
Peskovun sözlərinə görə, Rusiyanın yaxın münasibətlərə malik olduğu və Ukrayna məsələsində Moskvanın mövqeyi ilə razılaşmayan bir sıra ölkələr də var.
"Bəli, bu, fikir ayrılığı yaradan məsələdir. Lakin hesab edirik ki, bu, ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas deyil və biz bu məsələyə praqmatik yanaşırıq", – deyə o bildirib.
Peskov əlavə edib ki, Rusiya bütün mümkün sahələrdə, xüsusilə Azərbaycan kimi bir ölkə ilə münasibətləri inkişaf etdirməyə davam etməyin tərəfdarıdır.
Nigar,
Sitat.info