Aİ Ukrayna ilə üzvlük danışıqlarında növbəti mərhələyə keçdi

15:26 14 İyul 2026

Avropa İttifaqı Ukraynanın üzvlüyü ilə bağlı danışıqların altı mərhələsindən ikincisi üzrə rəsmi müzakirələrə başlayıb.

Sitat.info xəbər verir ki, bunu Aİ Şurasına sədrlik edən İrlandiyanın Avropa məsələləri üzrə naziri Tomas Börn Brüsseldə keçirdiyi mətbuat konfransında açıqlayıb.

"Bu gün Ukraynanın Aİ-yə üzvlük yolunda daha bir mühüm mərhələyə çatdıq. Xarici əlaqələrə dair əsas danışıqlar klasterini açdıq", – deyə nazir bildirib.

Börn xatırladıb ki, birinci danışıqlar klasteri bu ilin iyun ayında açılmışdı.

Qeyd edək ki, Avropa İttifaqına üzvlük prosesi 33 danışıqlar fəslindən ibarətdir və onlar altı klaster üzrə qruplaşdırılıb. Üzvlüklə bağlı danışıqların başlanması ölkənin avtomatik olaraq Aİ-yə qəbul ediləcəyi və ya üzvlük üçün konkret tarix müəyyən ediləcəyi anlamına gəlmir.

Buna nümunə kimi Türkiyə göstərilir. Belə ki, Ankara 2005-ci ildə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlasa da, indiyədək birliyə qəbul olunmayıb.

Nigar,

Sitat.info 



Xəbər xətti