Türkiyə millisinin üzvü, futbolçu Kerem Aktürkoğlu ilk dəfə ata olub.
Sitat.info xəbər verir ki, bu barədə “Fənərbaxça” futbol klubunun “X” hesabında paylaşım edilib.Bildirilib ki, məşhur futbolçu övladının dünyaya gəlməsi xəbərini məşq zamanı alıb. Məlumata görə, Aktürkoğlu ilk qız övladına Elif adını verib.
Qeyd edək ki, “Fənərbaxça”nın futbolçusu Kerem Aktürkoğlu həyat yoldaşı Selin Aktürkoğlu ilə keçən il evlənib.